Xəbər axtarın

Son axtarış nəticələri:

UEFA Ukraynanı cərimələdi

05.12.2025 19:10

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Ukrayna Futbol Assosiasiyasını (UAF) Rusiya əleyhinə şüar səsləndirdiyinə görə cəzalandırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə pley-off oyunu zamanı anti-Rusiya şüarı olan pankart nümayiş etdirilib. Bu səbəbdən UAF 15 min avro cərimə ödəməlidir.

UEFA bu şüarı siyasi və təxribat adlandırıb.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Paylaş: