
“Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) bir hissəsini zərərsizləşdirsə də, bəzi PUA-lar hədəflərinə zərbə endirməyə nail olub”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
Onun sözlərinə görə, PUA hücumları əsasən Kuban, Saratov və Voronej bölgələrində neft emalı zavodlarını hədəf alıb. Rostov vilayətində isə “Kapitan Gibert” adlı kiçik çay gəmisinə zərbə endirildiyi məlumdur.
Ekspert qeyd edib ki, bu faktlar Ukraynanın müqaviməti davam etdirdiyini göstərir və bəzi hallarda uğurlu hədəflərə də rast gəlinir.
O bildirib ki, uzaq mənzilli raketlərin, eləcə də daha güclü yerli istehsal və ya Qərb tərəfindən verilən silahların istifadəsi nadir hallarda müşahidə olunur.
Ədalət Verdiyevin fikrincə, bu vəziyyət ABŞ və Avropa ölkələri arasında Ukrayna–Rusiya müharibəsi ilə bağlı mümkün sülh danışıqları və maliyyə aktivləri ətrafında yaranan fikir ayrılıqları səbəbindən Ukraynaya göstərilən yardımların ləngiməsi ilə bağlıdır.
Davamı “Qırmızı masa”da: