
“Ukrayna 4 ildir davam edən bu savaşda uduzsa, növbəti hədəf Almaniya olacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasi şərhçi Rizvan Hüseynov bildirib.
O, Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən hadisələri şərh edib.
Qeyd edib ki, əgər Ukrayna məğlub olsa, Rusiyanın qarşısını almaq çətin olacaq:

“Şərqi Avropa, başda Almaniya olmaqla real təhlükələrlə üz-üzədir. Çünki son 3-4 ildə Rusiya ordusu böyük təcrübə topladı. Yeni silah-sursat, döyüş strategiyasını əldə etdi. Bu təcrübə Almaniyada yoxdur. Ona görə də Almaniya üçün bu dönəm çətindir. Almaniya üçün daha əlverişlidir ki, Ukraynaya dəstək versin. Amma Qərbi Avropa – Fransa və digər ölkələr üçün Rusiyadan elə də ciddi təhlükə gözlənilmir”.
Daha ətraflı “Qırmızı masa”da: