
Hərbi ekspert Üzeyir Cəfərov ABŞ-da Rusiyaya bağlı şəxslərin mövcudluğundan danışıb.
Primeinfo.az xəbər verir ki, o, Prime TV-nin “Qırmızı masa” verilişində çıxışı zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşavirlərindən biri, polkovnik Duqlas Makqreqoru “rus agenti” adlandırıb.
Ekspert bildirib ki, Makqreqorun son açıqlamaları qəbulolunmaz və həddi aşan xarakter daşıyır:
“Amerikada Rusiyaya bağlı kifayət qədər adam var. Onlardan biri də Duqlas Makqreqordur. Onun son fikirləri artıq əndazəni aşır. Bilirsiniz, Trampı bəyənən də var, bəyənməyən də. Respublikaçılar da, demokratlar da arasında bu məsələyə özünəməxsus və bəzən də müəyyən maraqlar prizmasından yanaşanlar olur. ABŞ çox böyük dövlətdir və bu cür şəxslər orada hər zaman tapıla bilir”.
Daha ətraflı “Qırmızı masa”da: