Xəbər axtarın

Son axtarış nəticələri:

XİN başçısı: "Azərbaycan və Ermənistan ən dinc, sabit dövrü yaşayır"

04.12.2025 17:14

“Azərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar”.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hər iki tərəf müxtəlif istiqamətlərdə – hökumət, parlament səviyyələrində və vətəndaş cəmiyyəti səviyyəsində – sülh prosesinə əlavə təkan vermək məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atır:

“Azərbaycan xoşməramlı jest olaraq, birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb. Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yol olduğunu əyani şəkildə nümayiş etdirir. Azərbaycan uzun illər ərzində bu barədə çıxış edib. Sülh gündəliyinin təşəbbüskarı olaraq ölkəmiz bu yola sadiq qalır və Ermənistandan qarşılıqlı siyasi iradə və məsuliyyət gözləyir”.

C.Bayramovun sözlərinə görə, ötən ilin dekabrından Bakı və İrəvan arasında münaqişədən sonrakı normallaşmada əhəmiyyətli irəliləyiş əldə edilib ki, bu da avqustun 8-də Vaşinqtonda tarixi sülh sammiti ilə yekunlaşıb.

Paylaş: