Xəbər axtarın

Son axtarış nəticələri:

XVI Bakı Beynəlxalq Film Festivalına start verildi - FOTO

06.12.2025 14:52


XVI Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri, münsiflər heyəti və kinosevərlər iştirak ediblər.

Primeinfo.az xəbər verir ki, builki festival Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində həyata keçirilir. Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında festivalın milli kino sənətinin inkişafında mühüm rol oynadığını bildirib.

Festivalın direktoru Fehruz Şamıyev isə qeyd edib ki, bu il proqram bir sıra yeniliklərlə zəngindir və Azərbaycan kinosunun beynəlxalq aləmdə tanıdılmasında festivalların böyük əhəmiyyəti var.

Tədbirdə dörd müsabiqə üzrə münsiflər heyəti səhnəyə dəvət olunaraq festival barədə fikirlərini bölüşüb. Kino tənqidçisi Nadir Bədəlov proqramdakı filmlərin yüksək səviyyədə olduğunu və seçim prosesinin çətin keçəcəyini vurğulayıb.

Festival çərçivəsində bu il 34 ölkədən 78 film Nizami Kino Mərkəzində 5 gün ərzində nümayiş olunacaq. Festivalın media və təşkilati tərəfdaşları sırasında “British Council”, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “DOST TV”, “Cinelab”, “KinoBiz” və digər qurumlar yer alır.

XVI Bakı Beynəlxalq Film Festivalı 9 dekabradək davam edəcək.

Paylaş: