
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Primeinfo.az-ın məlumatına görə, bununla bağlı yeni icra başçısı Elxan İbrahimov Əmr imzalayıb.
Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib.
Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.