Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski hərbi vəziyyətin ləğvi üçün əsas şərti açıqlayıb

29.12.2025 14:39


Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə hərbi vəziyyət yalnız real təhlükəsizlik zəmanətləri əldə edildikdən sonra ləğv edilə bilər.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, o bunu jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

“Hamımız müharibənin bitməsini istəyirik. O zaman hərbi vəziyyətin tətbiqi də başa çatacaq. Lakin bu, Ukraynanın təhlükəsizlik zəmanətləri əldə etdiyi zaman olacaq”, – V.Zelenski vurğulayıb.

O izah edib ki, təhlükəsizlik zəmanətləri dedikdə təkcə siyasi bəyanatlar deyil, həm də praktiki mexanizmlər – tərəfdaşlar tərəfindən monitorinq və onların real iştirakı nəzərdə tutulur.

V.Zelenski əlavə edib ki, hərbi vəziyyətin ləğv edilməsi müddətləri həm də hərbi komandanlığın mövqeyindən asılı olacaq: “Bu məsələ artıq Ali Baş Komandanın Qərargahında müzakirə edilib. Komandanlıq təsdiq etməlidir ki, bütün infrastruktur hərbi vəziyyətin ləğvi üçün hazırdır”.

Paylaş: