
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Mayamiyə səfər edib.
Primeinfo.az xəbər verir ki, o, dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə gecə saat 00:00-da) Donald Trampın Palm-Biçdəki “Mar-a-Laqo” iqamətgahında olacaq.
Qeyd olunub ki, sözügedən görüşün əsas müzakirə mövzusu Zelenskinin bir neçə gün əvvəl açıqladığı 20 bəndlik sülh planıdır.