
2025-ci ilin dekabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 min 781 nəfər olub.
Primeinfo.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, onların 113 min 891 nəfəri yaşa görə pensiya alıb.
Xüsusi şərtlərlə pensiya alanlar arasında 14 min 139 nəfəri əlil və 22 min 751 nəfəri isə ailə başçısını itirənlər yer alıblar.