Xəbər axtarın

Son axtarış nəticələri:

2030-cu ilədək əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək - VİDEO

28.01.2026 13:17

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndiriləcək, 2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək.

Primeinfo.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

– Yeni Suraxanı-Hövsan (4 stansiya)

– Bakıxanov-Binə-Qala (7 stansiya)

– Zabrat-Maştağa-Bağlar (7 stansiya)

Hazırda:

– Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir

– Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır

– Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.

 

Paylaş: