
Ötən mövsüm “Karvan”da çıxış etmiş Peyman Keşavarzi İranda ölkəsində həbs olunub.
Primeinfo.az xəbər verir ki, müdafiəçi İranda günlərdi davam edən iğtişaşlarda iştirak etdiyi üçün cəzalandırılıb.
29 yaşlı futbolçunun karyerasının bir hissəsi Azərbaycanla bağlıdır. O, yalnız Aran təmsilçisində forma geyinməyib.
İlk dəfə 2019-cu ildə “Sumqayıt” komandasına transfer edilib. Amma burada uğurlu ola bilmədiyi üçün qısa müddət sonra “Kimyaçılar”dan ayrılmalı olub.