Xəbər axtarın

Son axtarış nəticələri:

6 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı

16.01.2026 10:41

6 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı

Primeinfo.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.

E.Ələkbərovun yaşadığı ünvana baxış zamanı 3 kq 200 qram marixuana və 3 kq 350 qram həşiş aşkarlanaraq götürülüb.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər ölkə ərazisinə qanunsuz yolla gətirilmiş narkotik vasitələri Tovuz rayonu ərazisində gizlədərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir.

Paylaş: