
Bakıda təlim-məşq toplanışına başlayan “Araz-Naxçıvan” komandası qış fasiləsində heyətinə yeni oyunçu cəlb edib.
Primeinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, “Araz-Naxçıvan” braziliyalı Aleksanderson Teixeira Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.