Xəbər axtarın

Son axtarış nəticələri:

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

13.01.2026 12:59


Milyonçu Ağamusa Nağıyevin nəvəsi, Tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva APA-ya müsahibə verib.

Primeinfo.az xəbər verir ki, o, müsahibəsində babasının İsveçrə banklarındakı milyonlarının qaytarılacağı zaman hansı addımı atacağından danışıb.

Bildirib ki, əgər vəsait qaytarılsa, babasının 100 bina tikmək arzusunu yerinə yetirəcək:

“Böyük Britaniya və İsveçrə banklarındakı vəsaiti qaytarmaq çox çətin məsələdir. Dəfələrlə insanlar tapılıb, müəyyən faiz müqabilində köməklik etmək istəyiblər. Bu 35 il ərzində bəlkə on nəfər meydana çıxıb, hamısı mənimlə müqavilə bağlayıb, işə başlayıblar, amma nə isə alındıra bilməyiblər. Lakin vəsait qayıtsa, onu özüm üçün istifadə etməyəcəm. Mən demişəm ki, pullar Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Və Ağamusa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam”, – o deyib.

Xatırladaq ki, Ağamusa Nağıyev 1849-cu ildə Biləcəridə anadan olub. Bakı nefti sayəsində varlanan iş adamı Bakıda bir sıra tikililərin, o cümlədən bu gün onun adını daşıyan xəstəxananı inşa edib.

Ağamusa Nağıyev 1919-cu il martın 4-də Bakıda vəfat edib.

Paylaş: