
Bu gün Xalq artisti Aygün Kazımovanın 55 yaşı tamam olur.
Primeinfo.az xəbər verir ki, o, ənənəsinə sadiq qalaraq bu il də ad günü münasibətilə yeni mahnısını təqdim edib.
“Yeni mahnımı doğum günümdə sizin üçün “Oxudum”. Həyatımın və sənətimin bütün dövrlərində yanımda olduğunuz üçün sizə təşəkkür edirəm. Sizi çox sevən sizin Aygün” – deyə o sosial şəbəkə hesabında bildirib.
Mahnın müəllifləri İsmayıl Əsədov və Nəriman Abbaszadədir. Musiqi əsərində rep bəndini Zamiq Əliyev (YAP 10) oxuyub.


