Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “İran islam dininə böyük zərbə vurdu” - VİDEO

13.01.2026 12:05


“İranın fars-molla rejimi bütün islam dünyası üçün, şiəlik üçün böyük başağrısına çevrildi. Din adından bu şəkildə insanlara qarşı istifadə müqəddəs kitabımıza, dini dəyərlərimizə böyük zərbə oldu”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı Masa” verilişində İranda artıq üçüncü həftədir davam edən etiraz aksiyalarını, 500-dən çox insanın həlak olmasını şərh edən jurnalist Aygün Muradxanlı səsləndirib.

“İran İslam Respublikasının buradakı coğrafiyaya, milli şüura, dini düşüncəyə vurduğu ən böyük zərbə din faktorundan istifadə edərək, öz hakimiyyəti altında olan insanların maraqlarını tapdaması oldu. Yəni din adına bunun edilməsi oldu. Bu, çox dəhşətli bir məsələdir və mənə elə gəlir ki, bunun cəzası ağır olacaq. Din adı altında həyasızlıq etmək İran molla rejiminin sonunu gətirdi”, deyə A.Muradxanlı vurğulayıb.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: