Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti bahalaşıb

10.01.2026 11:55


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,87 ABŞ dolları və ya 4,37% artaraq 68,51 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,64 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş: