
“İranda baş verən hadisələr fonunda ABŞ başda olmaqla, digər ölkələrin hansı addımı atacağı təbii ki, öz yerində. Amma bizi maraqlandıran əsas məsələlərdən biri Azərbaycan dövlətinin və Azərbaycan Silahlı Qüvvələrinin mövqeyidir”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş Baş nazir Pənah Hüseyn Prime TV-nin “Milli fikir” verilişində deyib.
O, İranda baş verən olayları şərh edib:
“Mən hesab edirəm ki, Azərbaycan Respublikası bu məsələdə kənarda qala bilməz, seyrçi mövqeyi tuta bilməz. Artıq vasitəçilik təklifindən başlamış müəyyən bizim maraqlarımızı ifadə edən açıqlamaların ortaya qoyulmasına qədər addımlar atmağım vaxtı çatıb”.
Davamı “Qırmızı masa”da: