
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl aktivlərini 200 tona çatdırıb.
Primeinfo.az bu barədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, Fond ötən ilin son rübündə əlavə 15,2 ton qızıl alıb.
Ümumilikdə, ABŞ dolları portfelinin 28 mlrd. 63,2 mln. dollarlıq hissəsini (38,2%) qızıl investisiyaları təşkil edib.