Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda mənzildə meyit tapıldı

09.01.2026 16:22

Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb.

Primeinfo.az xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib.

Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizalar təyin edilib.

Paylaş: