
Bakıda möhtəşəm bayram atəşfəşanlığı keçirilib.
Primeinfo.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə baş tutan bayram atəşfəşanlığını Bakı sakinləri böyük maraqla izləyiblər.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub.
Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.













