Xəbər axtarın

Son axtarış nəticələri:

Əməyin mühafizəsi sahəsində təlimlərə start verilib - FOTO

15.01.2026 13:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən əməyin mühafizəsi sahəsində maarifləndirmə təlimlərinə start verilib.

Primeinfo.az-a DƏMX-dən verilən məlumata görə, təlimlər Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Təlimlərin əsas məqsədi müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əməyin mühafizəsi sahəsində bilik və praktiki bacarıqların artırılmasıdır.

Təlim proqramına müxtəlif sektorları təmsil edən 36 müəssisədən ümumilikdə 51 iştirakçı cəlb olunub.

İştirakçılara əməyin mühafizəsi üzrə mövcud qanunvericilik, yeni təsdiq edilmiş standartlar, risklərin idarə olunması mexanizmləri, eləcə də “sıfır qəza” konsepsiyası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu yanaşmalar istehsalatda risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Bildirilib ki, yerli assosiasiyalar və biznes dairələri ilə birgə təşkil olunan bu cür təlimlər işəgötürənlərin məsuliyyətinin artırılmasına, habelə qabaqlayıcı tədbirlərin effektiv tətbiqinə mühüm töhfə verir.

Təlimlərin növbəti mərhələlərdə də davam etdirilməsi və daha geniş auditoriyanı əhatə etməsi nəzərdə tutulur.

Paylaş: