Xəbər axtarın

Son axtarış nəticələri:

Əminə Ərdoğan Özbəkistan Prezidentinin xanımı ilə görüşdü – FOTO

29.01.2026 22:35

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyeva Türkiyədə səfərdə olub. O, yüksək səviyyədə və səmimi görüşlə qarşılanıb.

Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin ilk illərinə şahidlik edən, memarlığı, tarixi kimliyi və zəngin kolleksiyaları ilə ölkənin mədəni irsinin önəmli simvollarından sayılan Ankara Palas Muzeyi ziyarət edilib. Muzeydə yazma və çap əsərləri, diplomatik hədiyyələr, Hereke toxuculuq nümunələri, Yıldız çini məmulatları da daxil olmaqla bir çox dəyərli eksponatlarla tanışlıq olub.

Daha sonra Olğunlaşma İnstitutlarında hazırlanmış əl əməyinə əsaslanan, milli ənənələri yaşadan sənət nümunələri təqdim edilib, ənənəvi tətbiqi sənətlərin ustalıqla qorunub saxlanıldığı işlər nümayiş etdirilib.
Ziyarət zamanı, Anadolunun qədim mədəniyyətindən ilhamlanaraq hazırlanmış və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dizayner Özgür Masurun “Anatolia” kolleksiyası da zəngin detalları ilə diqqətə çatdırılıb.

Görüşlər zamanı mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran, ortaq yaddaşı canlı saxlayan və millətlər arasında davamlı əlaqələr quran ən güclü körpülərdən biri olduğu vurğulanıb. Bu çərçivədə keçirilən görüşlərin Türkiyə ilə Özbəkistan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyinə inam ifadə olunub.

Paylaş: