
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.
Ərdoğan bölgədəki gərginliyin azaldılması və problemlərin həlli üçün Türkiyənin İran və ABŞ arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.