Xəbər axtarın

Son axtarış nəticələri:

“Etirazlar şiddətlənsə, Xamenei Moskvaya qaçacaq” – SENSASİON İDDİA

05.01.2026 11:23

İranın ali dini lideri Moskvaya qaçmağa hazırlaşır.

Primeinfo.az bu barədə “The Times” qəzetinə istinadən xəbər verir.

Qəzet kəşfiyyat məlumatlarınə əsasən bildirir ki, əgər İranda güc strukturları əhalinin tərəfinə keçsə, 86 yaşlı Xamenei təxminən 20 nəfərlik yaxın ətrafı ilə birgə Moskvaya qaça bilər:

“İranın ali lideri ayətullah Əli Xamenei etirazlar fonunda ölkəni tərk etmək üçün plan hazırlayıb. Xamenei ordu və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirməkdən imtina etdiyini görərsə, ən yaxın çevrəsi — köməkçiləri və ailə üzvləri ilə birlikdə Tehrandan qaçmağı planlaşdırır”.

İrandan İslam inqilabından səkkiz il sonra qaçaraq uzun illər İsrail kəşfiyyatında xidmət etmiş Beni Sabtinin sözlərinə görə, Xameneinin Moskvadan başqa qaça biləcəyi yer yoxdur.

Qeyd edək ki, dekabrın sonunda İranda milli valyutanın kəskin dəyərdən düşməsi fonunda etirazlar başlayıb. Aksiyalar ölkənin 25 vilayətində 60-dan çox şəhəri əhatə edib. Ən böyük etirazlar Tehranda keçirilir, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Malekşahi, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb.

Paylaş: