Xəbər axtarın

Son axtarış nəticələri:

“Fənərbağça" "Qalatasaray"ı məğlub etdi

10.01.2026 23:00


Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.

Primeinfo.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbağça” qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda oynanılan matç “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.

Bununla da “Fənərbağça” Superkubokun qalibi olub.

Paylaş: