Xəbər axtarın

Son axtarış nəticələri:

Fərəh Pəhləvi İran ordusuna çağırış etdi

14.01.2026 14:42


İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, hazırda ABŞ-də mühacirətdə yaşayan Fərəh Pəhləvi İran xalqına müraciət edib.

Primeinfo.az xəbər verir ki, o, müraciətində tezliklə İranın azadlığının qeyd olunacağına inamını ifadə edib.

O qeyd edib ki, tarixin bu həlledici məqamında heç bir hökumət və maraq öz xalqının qanının axıdılmasına bəraət qazandıra bilməz. O, hərbçiləri etirazçıların qəzəbli hayqırtılarını eşitməyə və gec olmadan bacı-qardaşlarına qoşulmağa çağırıb:

“Qatillərin taleyi ilə öz talelərini bağlamamaq hərbçilərin və ailələrinin gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Sabahın azad İranı sizin övladlarınıza da məxsusdur. Öz həmvətənlərinizin qanını axıtmaqla nə öz gələcəyinizi, nə də ailələrinizin gələcəyini məhv etməyin”.

Fərəh Pəhləvinin sözlərinə görə, bu günlərin tarixi İranın salnaməsində əbədi qalacaq, ləkə isə öz xalqına tuşlanan güllələrin sahiblərinin üzərində qalacaq.

O, həmçinin İranın analarına və atalarına səbir və güc arzulayıb, yasda onlarla bir olduğunu bəyan edib.

Paylaş: