Xəbər axtarın

Son axtarış nəticələri:

Fransa gələn il hərbi büdcəsini 64 milyard avroya yüksəltmək niyyətindədir

15.01.2026 17:44

Fransa 2027-ci ilə qədər öz hərbi büdcəsini 64 milyard avroya çatdırmaq niyyətindədir.

Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Fransa Prezidenti Emmanuel Makron İstr hava bazasında fransalı hərbçilər qarşısında çıxış edib.

“Hədəfimiz – artıq 2027-ci ilə qədər illik büdcəni 64 milyard avroya çatdırmaqdır”, – deyə fransalı lider bildirib.

O, buna qədər 2030-cu ilədək bu göstəriciyə çatmağın qarşıya məqsəd qoyulduğunu xatırladıb.

Hazırda Fransanın hərbi xərcləri 50,5 milyard avro təşkil edir. 2017-ci ildə Makron Fransa prezidenti seçiləndə ölkənin hərbi büdcəsi 32,3 milyard avroya bərabər idi.

Paylaş: