
Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında təcili eniş etməyə hazırlaşır.
Primeinfo.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata görə, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.
Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, ZF-2998 reysi Lançjou hava limanında planlaşdırılmamış enişə hazırlaşır.
Şirkətin müvafiq xidmətləri vəziyyəti nəzarətdə saxlayır.