Xəbər axtarın

Son axtarış nəticələri:

İlham İsmayıl: "Mədəm zədələnib, çox güclü qanaxmalar olub"

23.01.2026 16:44

Xəbər verdiyimiz kimi, Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunub.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İlham İsmayıl əməliyyatdan sonra səhhəti ilə bağlı açıqlama verib.

O bildirib ki, dünəndən etibarən reanimasiyadan palataya köçürülüb:

“Ürəyimdə problemlər olduğuna görə 2021-ci ildən etibarən gündə üç dəfə dərman qəbul edirdim. Bundan əlavə, xəstəliklə əlaqəli virus əleyhinə dərmanlar qəbul etdiyim üçün mədəm zədələnib. Bunu hiss etməmişəm. Çox güclü qanaxmalar olub.

Vəziyyət boğulma həddinə çatdıqda məni yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalına yerləşdiriblər. Qan itirdiyim üçün burada mənə çoxlu qan köçürüblər. Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda həkim nəzarətindəyəm. Fasiləsiz sistem altındayam”.

Paylaş: