Xəbər axtarın

Son axtarış nəticələri:

İran ABŞ ilə həqiqi danışıqlara hazır olduğunu bəyan etdi

29.01.2026 12:20


ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır.

Primeinfo.az Report-a istinadla bildirir ki, bunu İran Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib.
“Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, onda bəli. Lakin bunlar ABŞ Prezidentinin (Donald Trampın) axtardığı danışıqlar deyil; o, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir”, – o bildirib.
“Hesab edirəm ki, əgər Tramp həqiqətən dürüstdürsə, Nobel sülh mükafatını qazanmaq istəyirsə, o, əsl sülhə can atmalı və əvvəlcə özünü müharibəni qızışdıranlardan, İranın təslim olmasını istəyənlərdən azad etməlidir”, – İran parlamentinin spikeri əlavə edib.
O qeyd edib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticəsini idarə edə bilməz. “Evindən minlərlə kilometr uzağa (Yaxın Şərqə) göndərilən minlərlə Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu, yaxşı deyil”, – o, fikirlərini yekunlaşdırıb.
Paylaş: