
Fars molla rejiminə bağlı saytların və sosial şəbəkə hesablarının İranda baş verən kütləvi xalq etirazları haqqında doğruları yayan Azərbaycan media orqanları və jurnalistlərlə qarşı təxribatları çoxalıb.
Primeinfo.az xəbər verir ki, öz tökdüyü qanda boğulmaqda olan fars molla rejiminin son hədəfləri Prime TV-nin aparıcısı Rusif Məmmədsoy, Müsavat Media Qrupunun reportyoru Xalidə Gəray, İTV-nin əməkdaşı Nigar Sabirqızıdır.
Hər üç jurnalist haqqında yayılan çağırışlar ciddi narahatlıq doğurur.
Prime Media Qrupu Azərbaycan rəsmi orqanlarını məsələni nəzarətə götürməyə çağırır. Öz xalqına qarşı açıq ter@ror həyata keçirən Tehran rejiminin mahiyyətini nəzərə alaraq onların hədəf seçdiyi Azərbaycan vətəndaşı olan jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir.
