Xəbər axtarın

Son axtarış nəticələri:

İranda bəzi şəhərlərə əlavə təhlükəsizlik qüvvələri yeridilib - VİDEO

07.01.2026 11:43


İranda kütləvi etiraz aksiyaları davam edir.

Primeinfo.az xəbər verir ki, Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik və hərbi qüvvələr yeridilib.

İran etirazçılarının İlam əyalətindəki Abdanan və Malekşahi şəhərlərini faktiki olaraq ələ keçirdikləri barədə də məlumat yayılıb.

Dünən Güney Azərbaycan türklərinin hüquqlarının qorunmasını tələb edən fəal Yürüş Mehralıbəyli də həbs edilib.

Məlumata görə, o, “İnstaqram” səhifəsində İrandakı iqtisadi, sosial və mədəni vəziyyətə dair video paylaşandan sonra saxlanılıb. O, videoda etiraz aksiyalarını dəstəklədiyini bildirib.

Paylaş: