
İranda naməlum hakerlər dövlət televiziya kanallarının peyk yayımlarına giriş əldə edərək, adi yayımı ölkənin son şahının oğlu Rza Pəhləvinin müraciəti ilə əvəz ediblər.
Primeinfo.az Musavat.com-a istinadla xəbər verir ki, o, çıxışında İran ordusunu etirazçıların tərəfini tutmağa və ali lider Əli Xameneinin devrilməsini asanlaşdırmağa çağırıb.
Hackinqin videosu Təl-Əviv İnstitutunun təsisçisi, bloger və publisist Hen Mazzig tərəfindən “X” sosial media platformasında yerləşdirilib.
Görüntülərdə fars dilində şüarlar və yayımı izləyən insanların reaksiyaları əks olunub.
Bəzi videolarda həmçinin Fridrix Mertsin İrandakı etirazçılara dəstəyini ifadə etdiyi mətbuat konfransının görüntüləri də var.