
“İranın 92 milyon əhalisi var. Onları yedirtmək, saxlamaq, sosial rifahını təmin etmək lazımdır. İran rejimi isə əhalini yaşatmır, onları məhvə, həyat tərzlərini sıfırlamağa doğru aparır”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
O, İranda olan çoxlu problemlərdən, həmçinin su qıtlığından söz açıb.
Jurnalist Aygün Muradxanlı isə İranda məscidlərin bağlandığını vurğulayıb:
“İslam ölkəsində məscidləri bağlayıblar. Cümə xütbələri ləğv olunub və komendant saatı tətbiq edilib. Məscid müsəlman üçün ən müqəddəs yerdir. Görün bir rejim din adı altında ölkə əhalisini hansı vəziyyətə salıb ki, məscidi savaş meydanı ediblər. Bu rejimin islama vurduğu ziyan deyəndə, bunları nəzərdə tuturuq”.
Davamı “Qırmızı masa”da: