Xəbər axtarın

Son axtarış nəticələri:

İranda sahibkarlar tətil keçirirlər - VİDEO

08.01.2026 14:43


İranda 12 gündür davam edən kütləvi etirazlar fonunda ölkənin müxtəlif şəhərlərində sahibkarlar tətil keçirirlər.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.

Bildirilib ki, sosial-iqtisadi vəziyyətdən narazı olan etirazçılarla həmrəylik əlaməti olaraq mağazalarını bağlayan sahibkarlar küçələrə çıxıblar. Belə ki, Bukan, Mərivan, Sənəndəc (Sinandaş), Divander, Bəndər-Abbas, Nişapur və Təbriz şəhərlərində bazarlar tamamilə bağlanıb.

Paylaş: