
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Primeinfo.az Manset.az-a istinadən xəbər verir ki, sənətçi İranda saxlanılıb, telefonu əlindən alınıb. Onun iranlı tələbələri ilə danışıqları yoxlanılıb:
“Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeşkiyanla şəkilimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim”.
Qəzənfər Abbasov “Qafqazinfo”ya açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.