
İranda davam edən etiraz aksiyaları zamanı Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Mojtaba Torşiz həyat yoldaşı ilə birlikdə öldürülüb.
Primeinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, Cənubi Azərbaycanda hökumət əleyhinə etirazlar zamanı Əli Xamneyi rejiminin repressiv qüvvələri məşhur futbolçunu və xanımını qətlə yetirib.
“Traktor” yarımmüdafiəçisi etirazlara həyat yoldaşı ilə birlikdə qoşulub və küçədə odlu silahdan açılan atəşlə öldürülüb.
47 yaşlı Mojtaba Torşiz 2009-2011-ci illərdə klubda yarımmüdafiəçi mövqeyində çıxış edib. O, 2016-cı ildə futbolçu karyerasını bitirib.

