Xəbər axtarın

Son axtarış nəticələri:

“Mançester Siti” rəqibini darmadağın etdi - 10:1 - FOTO

10.01.2026 22:53

“Mançester Siti” və “Ekseter Siti” komandaları arasında 2025/2026 İngiltərə Kubokunun III tur matçına yekun vurulub.

Primeinfo.az xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən qarşılaşma “Mançester Siti”nin qələbəsi ilə başa çatıb.

Belə ki, Pep Qvardiolanın yetirmələri 10:1 hesabla rəqiblərini darmadağın edib.

Bununla da “Mançester Siti” İngiltərə Kubokunun növbəti mərhələsinə vəsiqə qazanıb. “Ekseter Siti” isə yarışda iştirakını başa vurub.

Paylaş: