Xəbər axtarın

Son axtarış nəticələri:

Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb

11.01.2026 17:48

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş: