
Yanvarın 8-9-da İranın İnqilab Keşikçiləri Ordusu – SEPAH fars molla rejiminə etiraz edən vətəndaşları gülləbaran edib. Tehran, Təbriz, Ərdəbil kimi böyük şəhərlər də daxil onlarla bölgəyə ordu yeridilib.
Primeinfo.az xəbər verir ki, ölənlərin sayının 2 mini keçdiyi bildirilir. Minlərlə insan həbs edilib.
Ölkədə internet daxil bütün rabitə Tehranın əmri ilə kəsilsə də rejim əhalidə qorxu yaratmaq üçün etdiyi qətliamdan görüntülər yayıb. Görüntülərdə insanların küçə və morqlardakı meyitlərin arasından öz yaxınlarını axtardığı görünür.
Molla rejiminin xalqa divan tutmasına baxmayaraq, vətəndaşlar geri çəkilmirlər. 200-ə yaxın şəhərdə milyonlarla insanın etirazı davam edir.
Prezident Pezeşkian yanvarın 11-də xalqa müraciət edib. O, vətəndaşları baş verənlərə, eyni zamanda kənar güclərin İranın taleyilə bağlı qərarlarına münasibət bildirmək üçün meydanlara çağırıb.
Prime Media Qrupu olaraq 40 milyon Azərbaycan türkünün yaşadığı İranda baş verənlərdən narahatlığımızı ifadə edərək, Tehran rejimindən dinc insanlara qarşı qətliama son qoymağı tələb edirik.