Xəbər axtarın

Son axtarış nəticələri:

Neft bahalaşacaq - Orban narahatdır

04.01.2026 15:29


Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Venesueladakı hərbi əməliyyatı və Prezident Nikolas Maduronun həbsi qlobal bazarlarda neft qiymətlərinin artmasına səbəb ola biləcəyini bildirib.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Macarıstan hökuməti artıq enerji sektorunun nümayəndələri ilə təcili məsləhətləşmələr aparıb:

“Bu gün Macarıstanı Venesuela böhranının nəticələrindən qorumaq üçün Macarıstanın enerji sektorundakı əsas oyunçularla məsləhətləşmələr apardıq. Bu böhran qiymətlərin artmasına səbəb ola bilər. Macarıstan hökuməti bunun üzərində işləyir”.

 

Paylaş: