Xəbər axtarın

Son axtarış nəticələri:

Oğuzda ağacları kəsən şəxs saxlanıldı

15.01.2026 21:26


Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

DİN Mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş: