Xəbər axtarın

Son axtarış nəticələri:

Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

16.01.2026 16:27

2025-ci ildə Energetika Nazirliyi tərəfindən 157 icazə verilib.

Bu barədə Primeinfo.az-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə 36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə isə 2 icazə verilib.

Bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Paylaş: