Xəbər axtarın

Son axtarış nəticələri:

"Park cinema"da ilk dəfə “2x” qala gecəsi: “Səkkiz” – FOTO

09.01.2026 16:15

“Park cinema”nın “Flame Towers” filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan “Səkkiz”in ikinci hissəsinin qala gecəsi keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbirdə incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə yaradıcı şəxslər iştirak edib.

Daha sonra film nümayiş olunub.

Tamaşaçılar filmin 2-ci hissəsinin daha həyəcanlı və cəlbedici olduğunu qeyd ediblər.

Ekran əsərinin rejissoru Hikmət Rəhimovdur.

Rollara Hikmət Rəhimov, Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Əlləz, Zülfiyyə Qurbanova çəkilib.

Xatırladaq ki, “Səkkiz” çoxseriyalı bədii filminin ilk hissəsinin qala gecəsi ötən il dekabrın 26-da “Park Cinema”da baş tutub və böyük marağa səbəb olub.

Filmin həm ilk, həm də ikinci hissəsi hazırda “Park cinema” ekranlarında nümayiş olunur.

Biletləri buradan əldə edə bilərsiniz: https://new.parkcinema.az/

 

Paylaş: