
Bakıda müşahidə edilən güclü tıxaclar, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, Bakının yüklənməsinin azaldılması üçün paytaxt başqa şəhərə köçürülməlidir.
Primeinfo.az xəbər verir ki, ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Bakının boşaldılmasına ehtiyacın olduğunu vurğulayıb. O bu haqda Prime TV-nin efirində “Qırmızı masa” verilişində danışıb.
“Bakını boşaltmağın çox sadə yolları var. Şərt deyil ki, paytaxt köçürülsün. Bakıdan bir çox dövlət qurumları, universitetlər, paytaxt funksiyaları digər rayonlara köçürülməlidir. Bundan başqa, iş şəraitində vergi güzəştləri olmalıdır. Məsələn, bir çox xarici ölkələrdə olduğu kimi, Bakıda da yerli ticarət vergisini regionlara nisbətən yüksəltmək olar”.
Davamı “Qırmızı masa”da: