Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkian və Əraqçi Trampa məktub yazdılar, hücum TƏXİRƏ SALINDI

26.01.2026 16:10

 

İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi İrana hücumu təxirə salmaq üçün ABŞ przidenti Donald Trampa yazılı mesaj göndərib.

Primeinfo.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti məlumat yayıb.

Adının çəkilməsini istəməyən İsrail rəsmisi bildirib ki, Trampın xüsusi elçisi Stiv Uitkoff mesajı Məsud Pezeşkianın yazılı zəmanəti ilə birlikdə ABŞ prezidentinə çatdırıb. Mənbənin sözlərinə görə, Əraqçinin göndərdiyi mesaj “WhatsApp” vasitəsilə qəbul edilib.

İran prezidentinin yazılı zəmanəti mesajın əsas hissəsi olub və Tehranla Vaşinqton arasında etimad atmosferi yaratmaq və diplomatik yolu açmaq üçün nəzərdə tutulub. İsrailli rəsmi vurğulayıb ki, bu hərəkət Trampın qərarını təxirə salan yeganə amil olmasa da, ABŞ prezidentinin məsələyə yanaşmasına və əhval-ruhiyyəsinə təsir edib.

Mənbənin bildirdiyinə görə, bu mesaj göndərildiyi zaman böyük bir hərbi əməliyyat üçün lazımi hazırlıqlar tam olaraq yekunlaşdırılmamışdı və bu məsələ, Tehranın mesajı ilə birlikdə, mümkün hücum qərarının vaxtının dəyişdirilməsində rol oynayıb.

Paylaş: