Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkiandan xalqa çağırış: “Meydanlara çıxın, mane olun!”

11.01.2026 17:21

“İran xalqı iğtişaşlara qarşı etirazını bildirmək üçün küçələrə çıxmalıdır”.

Primeinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian televiziya ilə xalqa müraciətində bildirib.

“Meydanlara çıxıb qərar verməli və iğtişaşların tələblərinin təhrif edilməsinə mane olmalıyıq. İran cəmiyyəti məscidləri yandıranları qəbul etmir”, – deyə o qeyd edib.

Pezeşkian əlavə edib ki, hökumət nümayəndələri ölkədəki bütün etirazçı tərəflərlə görüşməyə hazırdır:

“Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik”.

Qeyd edək ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb.

Paylaş: