Xəbər axtarın

Son axtarış nəticələri:

Polis Akademiyası işə qəbul elan etdi

16.01.2026 11:16

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Akademiyaya hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən vətəndaşlarımızın qəbulu elan edilir.

Paylaş: